Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşları İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Menecer şirkətin 90 min manatdan artıq pulunu mənimsəməkdə - İTTİHAM OLUNUR
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən xəbərə görə, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətirilib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/