Banner

Hüquq

Külli miqdarda brilyant qaşların Azərbaycana gətirilməsinin qarşısı alındı - FOTO- VİDEO

Külli miqdarda brilyant qaşların Azərbaycana gətirilməsinin qarşısı alındı - FOTO- VİDEO | FED.az
17:19 23 Fev 2021

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Eləcə də bax: İstanbuldan Bakıya 485 minlik brilliant keçirmək istədi - Foto, Video

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a daxil olmuş məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.

Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Külli miqdarda brilyant qaşların Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO

Banner
Banner

Digər xəbərlər