“Artıq kredit müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənəcək”.
İstehlakçının istehlak krediti müqaviləsindən - İmtina Hüququ Müəyyənləşir
FED.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deyib.
O bildirib ki, vətəndaşların, istehlakçıların hüquqları Mülki Məcəllə çərçivəsində qorunacaq
Komitə sədri Əli Hüseynli bildirib ki, faktiki olaraq kredit verən hər zaman üstünlük əldə edirdi: “Bununla bağlı bir çox məhkəmə işləri də var. Mülki Məcəlləyə bu cür normaların gəlməsi vətəndaşların və istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox mühümdür. Bütün dünyada bu cür münasibətlər müqavilə ilə tənzimlənir”. (Apa)