Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
İşçilərin hüquqlarını pozan şirkət - 20 MİN MANAT CƏRİMƏLƏNDİ
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən FED.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinin 47-ci maddəsi müddətli əmək müqaviləsi bağlanan halları nəzərdə tutur.