Banner

Hüquq

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib - SIĞORTA ŞİRKƏTİNİN ŞİKAYƏTİNİ TƏMİN ETDİ

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib - SIĞORTA ŞİRKƏTİNİN ŞİKAYƏTİNİ TƏMİN ETDİ | FED.az
08:44 30 Dek 2019

Konstitusiya Məhkəməsi sığorta şirkətinin şikayətini təmin edib

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Eləcə də bax: “Yelo Bank" şirkəti – MƏHKƏMƏYƏ VERDİ

FED.az xəbər verir ki, Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 26 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Kamran Şəfiyevin məruzəsini, ərizəçinin vəkili Fuad Musanın çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Ruslan İbadovun “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 26 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Modern

Digər xəbərlər

Banner