Ağstafa rayonunda 9 il əvvəlki tarixlə torpaq sahəsi satan bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.
Eləcə də bax: Azərbaycanda sakinlər rayon prokurorunu - Məhkəməyə Verdilər
Prokurorluqdan FED.az-a verilən məlumata görə, rayonun Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi satıb. Lakin onları 2006-cı il tarixinə sənədləşdirərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.