Azərbaycanın təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
Azərbaycanda səfirliyə hücum etmək istəyən terrorçu - CİNAYƏT BAŞINDA TUTULDU
FED.az xəbər verir ki, bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.
“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 ay müddətinə 4 aylıq həbsqətimkan tədbiri seçilib”, - məlumatda bildirilib. (Apa)