Banner

Hüquq

Kim maska tapa bilmirsə, amma cərimələnirsə... DİN-DƏN AÇIQLAMA

Kim maska tapa bilmirsə, amma cərimələnirsə...  DİN-DƏN AÇIQLAMA | FED.az
15:43 1 Aprel 2020

Azərbaycanda koronavirusun sürətlə yayılmasına baxmayaraq vətəndaşlar hələ apteklərdə tibbi maskaların olmamasından şikayətlənirlər.

Eləcə də bax: Evdən çıxarkən maska taxın, vəsiqənizi götürün - DİN-DƏN MÜRACİƏT

Bu problem hətta sosial şəbəkələrdə paylaşılan foto və videolarda da öz əksini tapıb. Sözügedən problemin nə vaxt həll olunacağı isə hələlik sual altındadır.

FED.az məlumat verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat katibi İbrahim Məmmədov bildirdi ki, maska qıtlığı dövlətin gündəlik nəzarətində olan məsələlərdən biridir: “Onun istehsalı istiqamətində də işlər görülür. İstehsal prosesi belədir ki, bir gün tez, bir gün gec ola bilir. Maskalar idxal da olunur. Bu proseslər də var. Hətta dünyada belə məhsulların bol olduğu ölkələrdə də tələbat yüksək olduğu üçün qıtlıq hiss olunur. Azərbaycanda maska istehsalına gəlincə, bu təşkil olunmaq ərəfəsindədir. Düzdür onun saatını deməkdə çətinlik çəkirəm. Amma yəqinki bir həftədən tez olacaq”.

Bundan əlavə digər bir məsələ də küçədə maskasız olan vətəndaşların cərimələnməsidir. Bununla bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı İlham Babayev bildirdi ki, əgər kimsə hər hansı aptekə müraciət edib maska tapmırsa və bu zaman çöldə olarkən ona cərimə tətbiq olunubsa, bununla əlaqədar DİN-in mia.gov.az saytına şikayətini bildirərək müraciət edə bilər. 

“Bu zaman araşdırılıb məsələyə qiymət veriləcək. Maska ilə bağlı qıtlıq var. Bu da yaxın vaxtlarda aradan qaldırılacaq. Apteklərə kifayət qədər maskalar gətiriləcək. Hətta yaxın vaxtlarda Azərbaycanda da istehsalı nəzərdə tutulur”.

Yeniavaz
 

Digər xəbərlər

Banner