Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.
Vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.