Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Eləcə də bax: Şirkət direktoru həbs olundu - Ukraynadan Ölkəyə Gətirildi
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.