Daxili İşlər Nazirliyi regionlarda karantin rejiminin icrası ilə bağlı vəziyyəti açıqlayıb.
Eləcə də bax: Karantin rejimini pozan 1 369 sürücü və sərnişin - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, DİN-in vəzifəli şəxsi Əziz Baqişev İTV-də çıxışı zamanı bildirib ki, bölgələrdə də karantin rejiminin pozulma hallarına rast gəlinir: "Aprelin 5-də bölgələrdə 15 ictimai iaşə obyekti karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi üçün həmin obyektlərin sahibləri cərimə olunub.
Müvafiq postlardan yayınaraq digər rayonlara daxil olmağa cəhd edən 10 nəfər həbs olunub, 3566 nəfər inzibati formada cərimə edilib. Bunlar bir gün ərzində baş verənlərdir. Vətəndaşlar xəstəliyin ciddiyyətini dərk etmirlər ya da dərk etmək istəmirlər".
Qafqazinfo