Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarını sərtləşdirib. Nazirlər Kabinetinin qərarı ilə ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Eləcə də bax: Azərbaycanda evdən icazəsiz çıxmaq qadağan edilir - YENİ QADAĞALAR - SİYAHI
FED.az xəbər verir ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətləri 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiq olunacaq.
Qərara əsasən, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
Bəs cərimə və cəzalar nədən ibarət olacaq?
İnzibati Xətalar Məcəlləsinə görə, karantin rejimini pozan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Hüquqi şəxslərlərə gəlincə, onlar da 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.
Cinayət Məcəlləsinə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatda 5000 manatadək cərimə, yaxud 2 ilədək, bu hal başqasının ölümü ilə nəticələnərsə, onda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Modern