Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 02.04.2020-ci il saat 08:00-dan 03.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Eləcə də bax: Texniki baxış da təxirə salındı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, BDYPİ-dən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla 143 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 34-ü rayon, 24-ü paytaxt istiqamətinə olmaqla 58 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 650 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Gün ərzində 1 320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1 476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 17 576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.