Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər.
FED.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
O əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir:
“Özəl sektorla bağlı müraciətlərdə açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq. Ümumiyyətlə, zərurət olmadığı halda qarışılmasının tərəfdarı deyilik”. (Report)