Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
Eləcə də bax: Nazirlər Kabinetindən kafe və restoranların fəaliyyəti ilə bağlı - Açıqlama
FED.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)