Son üç gündə vətəndaşların bank kartından təxmini 195 min manat vəsait talanıb.
Ötən gün bank kartlarından 40 min manatdan çox pul talanıb - DİN-DƏN NÖVBƏTİ XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov deyib.
O bildirib ki, vətəndaşların bank kartından aprel ayının 7-də 66.997, aprelin 8-də 87.67, aprelin 9-da isə 39.504 manat və 595 dollar talanıb.
“Təəssüflər olsun ki, kibercinayətə təkcə məlumatı olmayanlar deyil, ali təhsilli şəxslərimiz də aldanırlar. Bununla bağlı mütəmadi olaraq mövzular işləsələr belə, təəssüflər olsun ki, jurnalistlərimiz də kiberdələduzluqla üzləşirlər. Bank işçiləri, müəllimlər və digər peşə sahiblərindən olan insanlar da bu dələduzluğun qurbanına çevrilirlər”.
Elbrus İbrahimov kiberdələduzların vətəndaşları hansı üsullarla aldatdıqları, onların pul vəsaitlərini necə ələ keçirdikləri ilə bağlı bəzi detalları da açıqlayıb. O, eyni zamanda, kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşların hansı şəkildə davranmalı olduqları barədə vacib tövsiyələr verib.