"Dübəndi” firmasının reklam haqqında qanunvericiliyin pozulmasına görə 10 min manat cərimə edilib.
FED.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.
Eləcə də bax: Bakıda holdinq 40 min avro - CƏRİMƏ EDİLİB
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
1995 ci ildə yaradılan "Dübəndi" firması 1998-ci ildən Norveçin "Jotun" boyalarının Azərbaycana idxalı ilə məşğuldur. 2002-ci ildən "Jotun" boyalarının Azərbaycan üzrə eksklüziv distribüteri olan şirkət topdan və pərakəndə satış ilə yanaşı digər xidmətləri də göstərir.
"Report"