İsmayıllıda keçirilən korrupsiya əməliyyatı ilə bağlı saxlanılan bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
İsmayıllıda əməliyyat - Vəzifəli şəxslər saxlanıldı - FOTO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona vəzifə səlahiyyətlərini aşma, külli miqdarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.
Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev məhkəməyə çıxarılıb. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsini tələb edib.
Binəqədi Rayon Məhkəməsi verilmiş ittihamların ağırlığını və təqsirləndirilən şəxslərin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, C.Surxayev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bələdiyyə sədri ilə birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da saxlanılmışdı. O, eyni zamanda Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. Ə.Süleymanov haqda hələ ki, məhkəməyə təqdimat daxil olmayıb.