Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rüşvət alıb "hərbi xidmətə yararsızdır" yazdırdı - HƏBS EDİLDİ
FED.az xəbər verir ki, Yevlax rayon prokurorluğunun yaydığı məlumata görə, araşdırma zamanı məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərinin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/