Bakı Apellyasiya Məhkəməsində ipoteka vəsaitlərini mənimsəməkdə təqsirli bilinən sabiq bank əməkdaşı Cahandar Əmrahlı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Dövlət vəsaiti ilə əmlaklar alan vəzifəli şəxslərin - MƏHKƏMƏSİ BAŞLAYIR
FED.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə protest və şikayətlər dinlənilib.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittiham aktına görə, Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilib, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. (Report)
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/