İki bank kartından 45 min manatdan çox pul oğurlanıb.
FED.az xəbər verir ki, paytaxt sakini Natalya Hüseynova deyir ki, ona tanımadığı nömrədən zəng gəlib.
Kibertalama halları sürətlə yayılır - QARŞISINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ? - VİDEO
Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduz bildirib ki, kartında problem var və müəyyən məlumatları deməlidir. Elə hadisə də məlumatları qarşı tərəfə ötürdükdən sonra baş verib.
Zərərçəkənin sözlərinə görə, bundan sonra dələduz onun kartlarından külli miqdarda pul oğurlayıb.
Zərərçəkən kartında qeyri-adi əməliyyatların baş verdiyini və böyük məbləğin oğurlandığını müşahidə etdikdən sonra dərhal öz bankına müraciət edib. Bundan sonra bank tərəfindən kartlar bloklanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, müraciət əsasında araşdırma aparılır. Vətəndaşların naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olması, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməsi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməsi tövsiyə edilir.