İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 min, 13 min, 10 min, 8 min 650, 8 min 400, 4 min 715, 4 min 700, 7 min 250, 4 min 000, 3 min 900, 3 min 572, 3 min 500, 2 min 360, 2 min 340, 2 min 396, 2 min 397, 2 min 300, 2 min 200, 1 960, 1 886, 1 500, 1 480, 1 480, 1 300, 1 150, 9 00, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.