Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib.
“İdrak” liseyinin rəhbəri danışdı - GÜLLƏLƏNƏN QADIN MÜƏLLİMDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.
***
Xəsarət alan müəllim (qadın-red) Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. (Unikal, Qafqazinfo)










