Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramil Şükürov və başqa bir neçə əməkdaşı saxlanılıb.
1,8 milyon manatlıq mənimsəmədə ittiham olunan meliorasiya rəsmilərinə cəza istənilib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam edən istintaqla cinayət məsuliyyətinə cəlb ediliblər.
İdarə rəisi və digərləri çağırışçılardan rüşvət almaqda ittiham edilirlər.
Prokurorluq saxlanılan idarə rəisi barəsində həbs, digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barəsində təqdimat verib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə R.Şükürov və digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şöbə rəisi və digər əməkdaşlar məhkəmə zalından sərbəst buraxılıblar.
İş üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, il yarım əvvəl eyni idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılov həbs edilmişdilər.