Bakı sakini 37 yaşlı Vasif İsmayılov fərqli şirkətlərə məxsus yük maşınlarını dələduzluq yolu ilə ələ keçirərək metal qırıntısı kimi satmaqda ittiham edilib.
Türkiyəyə turlar təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs - SAXLANILDI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İttihama görə, təqsirləndirilən şəxs və atası Xətai rayonunda yerləşən yük maşınlarının icarəsi və lizinqi ilə məşğul olan şirkətdə işləyiblər. Şirkət özünə məxsus müxtəlif kran, ekskovator və digər texnikaları icarəyə və lizinqə verir. V.İsmayılov maddi vəziyyəti yaxşı olmadığı üçün şirkətdən 1 ədəd qaldırıcı kran və 1 ədəd ekskavator icarəyə götürüb.
O, 110 min manatlıq (80 min manat eskavator, 30 min manat kıran) həmin texnikaları Goranboy rayonuna aparıb, metal qırıntısı kimi 27 min manata satıb.
V.İsmayılov başqa bir şirkətdən eyni metodla 5 min 500 manat dəyərində MAZ markalı su maşınını icarəyə götürmək adı ilə ələ keçirərək metal kimi 5 min manata satıb. O, əldə etdiyi pulları şəxsi mənafeyinə sərf edib.
Cinayət işi üzrə ümumilikdə dəymiş ziyan 115 min manat hesablanıb.
Təqsirləndirilən şəxs barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, ziyanı ödəməsinə şərait yaradılıb. V.ismayılov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.
Bu günlərdə iş üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən Vasif İsmayılov külli miqdarda dələduzluqda təqsirli bilinərək 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs edilib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/