Bilet satışı ilə məşğul olan “iTicket” şirkəti sosial şəbəkələrdə açılan bəzi səhifələrlə bağlı polisə müraciət edib.
Elan saytlarında vətəndaşları aldadaraq 4250 manat mənimsəyən şəxs saxlanılıb - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “iTicket” MMC-nin direktoru Kamran Abbasov Bakı Şəhər Baş Polis İdarəsinə müraciətində şirkətin adına çoxsaylı profil və səhifələrin açıldığını deyib. Saxta səhifələr vasitəsilə vətəndaşların aldadıldığını və MMC-nin nüfuzuna ziyan vurulduğunu bildirən K.Abbasov həmin səhifələri açan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edib.
Bakı Şəhər Baş Polis İdarəsi müraciəti ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinə istiqamətləndirib, araşdırmalar aparılır.