Bəzi işçilər müəyyən səbəblərdən uzun müddət məzuniyyət haqqından istifadə etmirlər. Bəs bunun əvəzindən iş yerindən pul tələb edilə bilərmi?
İşdə boş dayanan işçilərə maaş - Hansı qaydada ödənilməlidir?
Bu halda işçiyə pul verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Bəzən iş yerində bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olur. Belə hallarda müəssisə rəhbərliyi nə etməlidir?
İşçilərin növbəlilik əsasında məzuniyyətə çıxmasına yol verilir. İşəgötürən normal iş gedişini tənzimləmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.
Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?
14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edilir. Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında əmək məzuniyyətinə buraxılırlar. Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər. (e-hüquq.az)