“Azəriqaz”ın sabiq əməkdaşı iki nəfərə qarşı işə düzəltmək adı ilə dələduzluq edib.
Eləcə də bax: Azərbaycanda 8 il həbs cəzası verilmiş şirkət rəhbəri - BƏRAƏT ALDI
FED.az xəbər verir ki, Qazax rayon prokurorluğundan bildirilib ki, rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında araşdırma aparılıb. Araşdırmalarla “Azəriqaz”ın Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin regional bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir. (Qafqazinfo)