Azərbaycanda biznes sektorunun inkişafı, yeni əməkdaşlıq münasibətlərinin yaranmasına səbəb olub. Ən maraqlı sahələrdən biri də şirkətin sahibləri və menecmenti arasındakı münasibətərdir. Burada ortaya çıxan problemlərdən biri də bəzən menecmentin şirəti tərk etməsi və bu zaman şirkətin bütün müştərilərini özü ilə aparılmasıdır. Hüquqşünas, iqtisadi mübahisələrin həlli üzrə ixtisaslaşmış vəkil Pərviz Məmmədov praktikasında üzləşdiyi belə işlərdən birini açıqlayıb:
«Avqustun əvvəlindən var gücümüzlə bir şirkəti çətin vəizyyətdən qurtarmağa çalışırıq.
Deməli, bir menecer biznes plan gətirib şirkətin sahibi də layihəni bəyənib pul yatırıb. Hazırda mal qalığı mağaza bina nağd pul qarışıq 3.7 milyon manat dəyəri var ümumi biznesin.
Eləcədə bax: Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
İndi layihəni gətirən menecer burdan qzandığı pullarla əlaqələr və təbii ki təcrübə ilə özünə bir biznes qurub. Vaxtilə bunun laiyhəsi əsasında qurulmuş biznesi ciddi təhlükə qarşısında qoyub arıtq tam özünə məxsus şirkətə getmək istyir.
Şirkətin müştəri bazası, marketing strategiyası xarici partnyorları, banklar və s. hamısı bu menecerin əlindədi.
Qanunvericilik birbaşa onun gedişinin qarşısını almağa imkan vermir. İndi bu gediş krizisinin minimum zərərlə baş verməsinin yollarını axtarırıq. İnvestorun qabağında iki yol xəritəmiz var.
Eləcədə bax: İşçi götürün, maaşın 50%-ni hökumət ödəyəcək - İŞ ADAMLARINA YENİLİK
1. Yaxşılıq paketi - danışıqlar menecerin şirkətinin fəaliyyətini bizimlə uzlaşdırması, komandanın yeni menecerlə uzlaşması və s.
2. Pislik paketi - menecerin yol verdiyi nöqsanlara görə güzəştlərdən tam imtina bütün hüquqi məsuliyyət mexanizmlərindən istifadə, rəqib şirkət açması və bizim məxfi məlumatlardan şəxsi məqsədləri üçün istifadə hallarına görə məsuliyyət.
Bu problemin əsas səbəblərindən biri səhmdarın şirkətin fəaliyyətini periodik olarag monitoring etməkdən imtina etməsi və menecerə tam şəxsi inam göstərməsidir. Monitoring və nəzarət mexanizmləri olmayanda istənilən inam və etibar sxemi 2-3 il ərzində fəsadlar verir”.
Eləcədə bax: Vergilər mağazalarda "kassa reyd"lərinə başladı - CƏRİMƏ, XƏBƏRDARLIQ...
Saleh Hasanov adlı istifadəçi bildirib ki, belə halın yaranmasına menecerlə rəhbər arasında maddi məsuliyyət müqaviləsinin olmamasıdır: «Menecerlə rəhbər arasında maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqda müqavilə və vəzifə təlimatlarının mükəmməl şəkildə olmaması bu boşluğa gətirib çıxara bilər. Son dönəmlər yaşanan problemlərin əksəriyyəti bu tipli müqavilələrin olmaması və ya lazımi vəziyyətdə olmamasından irəli gəlir. Məncə bu sənədlər qaydasında olsa idi, bu məsələdən daha az itki ilə ayrılmaq olardı».