İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə yeni 215.4-cü bəndin əlavə edilməsi təklif edilir.
Eləcə də bax: "Cinayət Məcəlləsinə 200-dək dəyişiklik - TƏKLİF OLUNUR"
FED.az xəbər verir ki, həmin bəndə təklif edilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək cərimə edilsin.