“Peton Holding”in həmtəsisçisi, iş adamı Emin Axundova qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Tağıyev və Hikmət Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
FED.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Ramil Tağıyevin müdafiəçisi işə xitam verilməsini, yenidən baxılması üçün istintaqa qaytarılması barədə vəsatət verib.
Zərərçəkmişin vəkili isə Ramil Tağıyevin barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə zalında həbs edilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatətlərin təmin edilməməsi və işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 29 oktyabra təyin edilib.
İttihama görə, Ramil Tağıyev əvvəlcə Emin Axundovdan istirahət kompleksi tikmək adı altında 870 min manat alıb. Hikmət Vəliyev və Emin Axundovun əmisi oğlu Vüsal Axundovla birlikdə onu şantaj edərək 20 milyon dollar tələb ediblər. Nəticədə ondan 3 milyon dollar alıblar.
Bundan başqa, Axundovun bir neçə daşınmaz əmlakı da hədə-qorxu ilə təqsirləndirilən şəxslərin yaxınlarının adına keçirilib.
Təqsirləndirilən Hikmət Vəliyev barəsində həbs, Ramil Tağıyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (Dələduzluq - Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) 182.4 (Hədə-qorxu ilə tələb etmə - xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. (Apa)













