İran Milli Bankının (“Bank Melli İran”) Bakı filialı Bakı Şəhər İcra hakimiyyətini məhkəməyə verib. FED.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadə tərəfindən baxılan iddiaya əsasən, bank icra kimiyyətindən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İddiada 3-cü şəxs kimi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də göstərilib. İşi baxılması nəticəsində iddia qismən təmin edilib.
İran Bankı Bakı şəhər İH-ni məhkəməyə verib
15:22
1 İyul 2018