Azərbaycanda iqtisadi mübahisələrə ən tez baxan və ya, bu prosesi ən çox uzadan məhkəmə hakimləri məlum olub.
FED.az xəbər verir ki, söhbət belə mübahisələrin ən çox araşdırıldığı 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələrinən gedir (BİİM).
Qeyd edək ki, bu məlumat 2018-ci ilin 2-ci yarısının nəticələrini əhatə edir. Siyahıda adı çəkilən hakimlərin bəziləri iş yerlərini dəyşiblər.
FED.az-ın məlmatına iqtisadi mübahisələr 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində daha sürətlə araşdırılır – ortalama 42 gün. 1 saylı BİİM-də isə bu müddət 49 gün təşkil edir.
İqtisadi mübahisələrə ən gec baxan hakimlər də 1 saylı BİİM-də çalışırlar.
Belə ki, hakim Fərid Mədətlinin mübahisələrə baxması üçün orta müddəti 79 gün təşkil edir. Mübahisəni ən tez araşıran hakim isə Aida Hüseyndir – cəmi 9 gün çəkir.
Sonrakı yeri Aytən Oruczadə tutur – 65 gün. Səbinə Nuriyeva mübahisələri 63 günə, Tahirə Əsədova isə 62 günə araşdırır.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin digər hakimlərinin işə baxma müddəti aşağıdakı kimidir:
Elçin Məmmədov – 56 gün.
Aygün Abdullayeva - 54 gün.
Miminat Hacıbəyova - 53 gün.
Şərafət Məmmədova – 39 gün.
Rəşid Rzayev – 33 gün.
İlham Əhmədov – 29 gün.
Məhəmməd Ələkbərov – 24 gün.
Aidə Hüseyn – 9 gün.
2 saylı BİİM-də isə mübahisələrin araşdırılmasının orta müddəti kimi, ayrı-ayrı hakimlərin işə baxmaı müddəti də xeyli qısadır. FED.az xəbər verir ki, 2 saylı BİİM-də iqtisadi mübahisələrə ən gec baxan hakimlər Etibar Mustafayev və Çingiz Bəşirovdur – orta hesabla 54 gün. İşə baxma sürətinə görə sonrakı yeri Zaur Tağıyev tutur - 51 gün.
Mübahisəni ən tez araşdıran hakim isə Əfqan Ələkbərovdur – cəmi 3 gün.
2 saylı BİİM-in digər hakimlərinin işlərə baxma müddəti aşağıdakı kimidir:
Rüstəm Kərimli – 46 gün
Xaliq İmanov - 38 gün
Hökumə Babayeva – 11 gün
Leyla Əliyeva – 6 gün
Əfqan Ələkbərov – 3 gün.