İnternet üzərindən maşın almaq istəyən şəxs virtual satıcının toruna düşüb.
Xakerlər internetdə "iş elanları" yerləşdirir - CV göndərənlər var
FED.az xəbər verir ki, Şəmkirin Çaparlı kəndinin sakini 30 yaşlı Röyal Sadıqov onlayn platformada gördüyü elanda satıcı kimi qeyd edilən şəxslə əlaqə saxlayıb.
O iddia edir ki, satıcıya inanaraq 3 dəfə beh göndərib.
Röyal Sadıqov iddia edir ki, maşın almaq üçün qızıllarını satıb və əldə etdiyi pulun 2200 manatını məhz "satıcı"ya göndərib.
Pul göndərdikdən sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Aldadıldığını başa düşən Röyal Sadıqov dərhal 102 xidmətinə müraciət edib. Qurumdan bildirilib ki, şikayət üzrə müvafiq araşdırma işləri aparılır.
Bildirilib ki, qısa zamanda məsələyə hüquqi qiymət veriləcək. (Xezerxeber.az)