"Son illərdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb".
İnam Kərimovun ilk sınağı - Çovdarovun 30 milyonu kimə qalacaq? - SİYAHI
FED.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
O bildirib ki, "Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə başlayıb: "Bu sənədin icrası ilə əlaqədar ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib.
“Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilib. Yeni strukturda məhkəmə aparatı gücləndirilib ki, bu da vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqinə dəstək vermək məqsədi daşıyır”, - Ali Məhkəmənin sədri vurğulayıb. (Report)