Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac var. FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.
Bir sıra sahələrdə aparılan yenilikləri qeyd edən dövlət başçısı məhkəmələrdəki islahatlara da toxunub: «Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir».
Eləcə də bax: Prezident problemli kreditlərdən danışdı
Prezident şəhərsalma sahəsindəki istahatları da xatırladıb: «Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik».
Eləcə də bax: Prezident Bakı şəhərində tikintidən danışdı