Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Mərkəzi Bank haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Düzəlişlərin mətni rəsmi mətbuatda dərc olunub.
Dəyişikliklərə əsasən, AMB-nin funksiyaları genişlənir. Xüsusilə, AMB Əmanətlərin Sığortalanması Fonduna (ADIF) dövlət zəmanəti ilə kreditlərin vermək hüququ əldə edir.
Cari il AMB artıq bu təcrübəni tətbiq edib, indi isə bu addım qanunla təsdiq edilib. AMB 2016-cı ilin iyul və sentyabr aylarında lisenziyaları ləğv olunan 5 bankın əmanətçilərinə fond tərəfindən kompensasiyaların ödənilməsi məqsədilə ADIF-ə 560 mln. manat ümumi məbləğdə kredit verib.