Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.
Bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə qeyd edilib.
Sənəddə göstərilib ki, Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.
Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.