"Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.
Eləcə də bax: “Baklift-1”in rəisinə - Hökm Oxundu
FED.az xəbər verir ki, X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.
X.Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, X.Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq zadlığa buraxılıb. (Apa)