İran Ali Məhkəməsi 2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum etmiş Yasin Hüseynzadəni edam cəzasına məhkum edib.
FED.az xəbər verir ki, bu barədə AzTV xəbər verir.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Azərbaycan hökuməti terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın yalnız Təbrizdəki baş konsulluğu fəaliyyət göstərir (İnterfaks Azərbaycan).