Azərbaycanda böyük sement istehsalçısı Masazırda “Science City” (Alimlər şəhəri) yaşayış kompleksini tikən şirkəti məhkəməyə verib.
Eləcə də bax: Bir mənzili 2 nəfərə satan iş adamı - Həbs Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Holcim Azərbaycan” ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Müraciətdə, “Campus of Scientist” MKT haqqında alqı-satqı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədən məhkəməyə üz tutduğu məlum olub.
“Holcim Azərbaycan” dünyanın aparıcı sement təchizatçılarından olan “LafargeHolcim” Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilib. Zavodunu isə əvvəli Qaradağ Sement Zavodunun bazasında qurmuş və “Holcim” sement brendi altında yerli və xarici bazara mal çıxarır.
“Campus of Scientist” isə Abşeron rayonu Masazır qəsəbəsində AMEA əməkdaşları və müəllimləriniz üçün nəzərdə tutulan 16 mərtəbədən ibarət “Science City” yaşayış kompleksinin tikintisini aparır. Şirkət 2020-ci ilin martında təsis edilib, cəmi 200 manat nizamnamə kapitalı var.