ABŞ-da həbsxanada dustaqların evə zəng etməsi ilə bağlı ödənişlər qaydası dəyişəcək.
Saakaşviliyə həbsdə xərclənən məbləğ - AÇIQLANDI
FED.az xəbər verir ki, bu ildə 1,4 milyard dollarlıq böyük biznesdir və qaydanın dəyişməsi bu biznesi tamamilə çökdürəcək.
Ötən həftə ABŞ Konqresi «Martha Wright-Reed Ədalətli və Ağlabatan Kommunikasiyalar» Aktını qəbul edib.
İndi qüvvəyə minməsi üçün yalnız prezident Baydenin imzası qalan sənəd, Federal Rabitə Komissiyasına həbsxana telefon danışıqlarının qiymətlərini tənzimləməyə imkan verəcək.
İlk baxından formal yenilik kimi görünən bu dəyişiklik əslində ABŞ-ın rabitə sektorunda indiyədək böyük gəlirlərə malik olan sahəni tamamilə dəyişdirəcək.
Həbsxana telefon danışıqları sənayesi hər il təqribən 1,4 milyard dollar gəlir gətirir.
Məsələ bundadır ki, hazırda həbsxanadan 15 dəqiqəlik telefon danışığının orta qiyməti 3 ABŞ dolları səviyyəsində müəyyən edilib. Özü də bura zənglərlə əlaqəli digər ödənişlər aid deyil.
Araşdırmalar göstərir ki, bütün zənglərin 63%-nin pulunu dustaqların ailəsi ödəyir. Onların irsə 83%-i qadınlardır. Başqa sözlə, ailə üzvü həbsxanada olan ailələr gəlirlərinin azalması ilə yanaşı, həm də həbsxanaya zəng etmək üçün böyük məbləğ xərcləməli, bəzən hətta borca düşməli olurlar. Bu sahəni araşdıran Ella Baker Mərkəzinin məlumatına görə, pul ödəyən ailələrin üçdə birindən çoxu zənglərə görə borca düşür.
Qeyd edək ki, ABŞ-ın Federal Rabitə Komissiyasının qərarına görə, ölkənin ştatları arasında telefon danışıqlarının qiyməti dəqiqədə 21 sentdən artıq ola bilməz. Amma bu qayda ştatların öz daxilinə edilən zənglərin qiymətini tənzimləmir. Halbuki zənglərin 80%-i ştat daxilində edilir.
Yeni qanun qəbul edildikdən sonra isə Rabitə Komissiyası ştatdaxili qiymətləri də məhdudlaşdıra biləcək. Nəticədə həbsxanadan dustaqların evə etdikləri zəngin qiyməti də kəskin aşağı düşməlidir.