Moskvada iri ticarət mərkəzlərinin sahibi, Azərbaycanın Quba rayonundan olan yəhudi əsilli milyarder Gennadi (Roman) Manaşirov cəzasını çəkmək üçün Rusiyanın ən sərt rejimli həbsxanalarından birinə göndərilib.
FED.az virtualaz.org-a istinadən xəbər verir ki, Manaşirov həbs cəzasını Mordoviyanın Petrozavodsk şəhərindəki 9 saylı islah-əmək düşərgəsində çəkəcək. Bu, Rusiyada məhbuslara qarşı sistemli işgəncələrin tətbiq edilməsi ilə tanınan həbsxanadır.
Eləcə də bax: Həbsdə olan şirkət rəhbərinin oğlunun apellyasiya şikayəti - TƏMİN EDİLMƏYİB
Xəbər verilir ki, milyarderi noyabrın sonlarında həbsxanaya köçürüblər. O, 12 il həbs cəzası alıb. Manaşirov hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə təqsirli bilinib.
Xatırladaq ki, Roman Manaşirov 2015-ci ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafailovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. 2016-cı ilinyazında isə onun qardaşı Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.
Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdürdü. Rusiya biznes mediası bir müddət əvvəl Manaşirovların "Columbus" ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. Görünür, kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir.
Eləcə də bax: Vəzifəli şəxsin 808 min manatlıq - ƏMLAKINA HƏBS
Sahibləri "Columbus" ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa "Morgan Stanley" bankı maraq göstərir.
Daha sonra FTX Manaşirov qardaşlarına qarşı yeni ittihamlar irəli sürüb. Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri bir neçə il əvvəl həbs edilən kriminal avtoritet Şakro Molodoyun (Zaxari Kalaşov) Roman və Solomon Manaşirov qardaşlarına "krışalıq" etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.
FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri Şakro Molodoyla əlbir olub. Öz növbəsində Şakro Molodoy Moskvadakı "Şirvan qruplaşması"nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların "krışası" və bir növ güc qanadı idi.
Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. "DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunur, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edir, sonra Manaşirovlar onlarla əlaqəyə girir və kömək təklif edir, poblemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar", - FTX-dəki mənbə deyib.
Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa, işə Şakro qarışırdı.
Manaşirov qardaşlarının bütün əmlakına həbs qoyulub və Romanın barəsində çıxarılmış həbs qətimkan tədbiri hər dəfə uzadılır, istintaq bitmək bilmirdi.
Nəhayət Manaşirovun işi məhkəməyə göndərilib və məhkəmə onun barəsində bir neçə epizoda baxıb. Təqsirləndirilən milyarder sonda Januko Rafailovun işini yüngülləşdirmək üçün 10 milyon rubl rüşvət verməkdə təqsirli bilinib. Habelə məhkəmə Manaşirovun öz rəqiblərini qorxutmaq üçün polisləri rüşvətlə əl almaqda günahkar kimi tanıyıb. Daha bir rüşvət epizodu isə Manaşirova qarşı Lefortovo təcridxanasında irəli sürülüb. Milyarder telefonla danışa bilmək üçün nəzarətçiyə 300 min rubl rüşvət verməkdə təqsirləndirilib.