Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.
Eləcə də bax: DTX həbs olunan icra başçısı və müavinini belə yaxaladı - ƏMƏLİYYAT VİDEOSU
FED.az xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsindən gununsesi.org-a bildirilib. Xəbərə görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.
Məlumatda bildirilir ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.
Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.