Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Eləcə də bax: Azərbaycanda nazirlik icra hakimiyyətini - 15 000 MANAT CƏRİMƏLƏDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.