“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, qarşı tərəf verilişlərin birində onu dələduz adlandırıb.
E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
Məhkəmə şikayətlə bağlı ekspertiza təyin etmişdi. Bu gün ekspert rəyi açıqlanmalıdır.
***
Xüsusi ittihamçının vəkili Asim Abbasov prosesdə iştirak etsə də, “Şərurlu İsfəndiyar” məhkəməyə müdafiəçisiz gəlib.
İ.Axundovun çıxışı ilə bağlı ekspert rəyi hazır olsa da, vəkili olmadığı üçün proses təxirə salınıb.
***
“Harada ağacda meyvə çoxdursa, hamı ora daş atır. Hamı o puldan qoparmaq istəyir”.
Bunu saytımıza açıqlamasında İsfəndiyar Axundov barəsindəki məhkəmə şikayətlərindən danışarkən bildirib.
O qeyd edib ki, hələ də avtomobillərin üzərində həbs qalmaqdadır.