Hal-hazırda elektron məhkəmənin təkmilləşməsi üzrə işlər aparılır. Elektron məhkəmə istifadə olunur. Faəliyyəti üzrə bir çox insanlar ondan istifadə edir.
FED.az xəbər verir ki, Ədliyyə Nazirliyinin informasiya komunikasiya və texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadənin sözlərinə görə, yaxın zamanlarda artıq mobil məhkəməni də istifadəyə veriləcək.
Eləcə də bax:Süründürməçiliklə məşğul olan - HAKİMLƏR CƏZALANDIRILDI
“ Bu gün biz agentliyin köməkliyi ilə 18 dövlət qurumunun resursunu artıq elektron məhkəməyə qoşmuşuq. Bu o deməkdir ki, artıq hakimlər bu orqanlarla bağlı məlumatları vətəndaşlardan istəməyəcəklər. Bu məhkəmə icratını sürətləndirəcək. Çünki əvvəllər hakim məcbur idi ki, bir çox yerlərə sorğular versin , arayışlar toplasın indi agentliklər birlikdə biz bu inteqrasiyanı etmişik və əgər mahkəmə işi varsa hakimlər bir düyməni vurmaqla bu məlumatları ədlə edə bilər. Eyni zamanda biz hal-hazırda yeni nəsil elektron notariat informasiya sistemini növbəti ildən istifadəyə verilməsini nəzərdə tuturuq. Artıq o sistemdə istifadəyə veriləndən sonra biz planlaşdırırq ki, vətəndaşın notariusa kağızla gəlməsi ümumiyyətlə aradan qalxsın. Vətəndaş notariusa gələcək şəxsiyyətə vəsiqəsinə də ehtiyac olmayacaq. Ad soyad və ata adını , doğum şəhadətnaməsini daxil etməklə vətəndaşın bütün məlumatları monitorda əks oluncaq.Notarius bu məlumatları görəcək . Bu gün artıq biz daşınmaz əmlakın özgənikiləşdirlməsinin təqdimatına hazırlaşırıq”-deyə Ağakərim Səmədzadə bildirib.
Eləcə də bax:Səfər Mehdiyev: 590 iştirakçıya “Yaşıl dəhliz”dən istifadə hüququ - VERİLİB
“Əmlakın özgəniləşdirilməsində vətəndaşa notariusda məlumatlar göstəriləcək və vətəndaşın seçdiyi əmlakın manitorda üzərinə sıxmaqla dərhal həm əmlak barədə məlumat, həm də onun üzərində məhdudiyyətin olub olmaması çıxarılacaq. Ödəniş həyata keçiriləcək və müqavilə dərhal rəsmiləşdiriləcək. Artıq keçmişdə kimi bir çox yerlərə getmək , müxtəlif arayışları forma 1, çıxarış və s bu kimi sənədləri toplamağa ehtiyac qalmayacaq. Müqavilə də avtomatik olaraq elektron qaydada resyterə göndəricləcək. Bu indi də göndərilir amma bütün bu yeniliklərdən sonra bu bir proses kimi göndəriləcək və qısa bir müddət vaxt alacaq”-deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.