Gürcüstanın Ozurgeti rayonunda Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə (YDM) silahlı basqın olub.
Eləcə də bax: Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqəsinə - Silahlı Basqın Olub
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə gecə saatlarında baş verib. YDM-ə daxil olan şəxs işçiləri odlu silahla təhdid edərək onlardan pul tələb edib, amma kassa aparatını aça bilmədiyi üçün yalnız 100 lari götürə bilib.
Həmin şəxsi artıq Gürcüstanın hüquq-mühafizə orqanları saxlayıb. Vətəndaş “isti izlər”lə saxlanılıb və Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ona cinayət işi açılıb. (Report)