Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
"Ölü kart"lara maaş yazırdıq" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
FED.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, bu gün mətbuatda R.Piriyevin axtarışa verilməsi ilə bağlı xəbər dərc olunmuşdu. “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.