Banner

Hüquq

“Grand Hayat” - CƏRİMƏLƏNİB

“Grand Hayat” - CƏRİMƏLƏNİB | FED.az
15:39 24 Dek 2019

Bakı Apellyasiya Məhkəməsində “Grand Hayat” MTK-nın inzibati qaydada cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

FED.az xəbər verir ki, hakim İlqar Murquzov “Grand Hayat”ın şikayətini təmin etməyib və şirkətin 1500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.

Eləcə də bax: Tikinti şirkəti 35 min manat - CƏRİMƏLƏNİB

Qeyd edək ki, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

"Yeni Hayat" Şirkətlər Qrupunun layihələrindən olan "Grand Hayat" Tbilisi prospektində yerləşən 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət yaşayış kompleksdir.

Xatırladaq ki, "Yeni Hayat" Şirkətlər Qrupunun layihələrinə "Yeni Hayat Residence", "Yeni Hayat Plaza", "Azure Kompleksi" və s. layihələr daxildir. 

Digər xəbərlər

Banner